Müharibə iştirakçısına hörmətsizlik etdiyi deyilən Brilliant Dadaşovadan İLK AÇIQLAMA
12 Oktyabr 2021 11:06 SosialXalq artisti Brilliant Dadaşova ötən gün haqqında səsləndirilən tənqidlərə cavab verib.
Olaylar.az bildirir ki, "Səs Azərbaycan" yarışmasında İkinci Qarabağ müharibəsi iştirakçısına hörmətsizlik etdiyi deyilən ifaçı sosial şəbəkə hesabında heç kimə əhəmiyyət vermədiyini bildirib.
"Şair çox gözəl deyibmiş - sevənlərin qəlbində, gözügötürməyənlərin isə boğazında tıx olub qalarıq. Nəticədə hər ikisi varlığımızın əhəmiyyətini, gücünü əks etdirər", - deyə o qeyd edib.
Xatırladaq ki, sözügedən yarışmada Vətən müharibəsi iştirakçısı Nicat Tağıyev üçün hər kəs ayağa qalxsa da, Dadaşova oturub. Bu isə, sosial mediada birmənalı qarşılanmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31