“Balaca Nilay bizlərə əmanətdir”-Deputat

"Oktyabrın 11-i gecə saatlarında Nilay son dəfə öz doğmalarının qayğısı ilə yuxuya getdi, son dəfə onların üzlərini gördü. Atılan raket zərbəsi balaca Nilayın həyatında heç zaman silinməyəcək izlər qoyacaq desək, heç də yanılmarıq. Atası Adil Əliyev və nənəsi Afaq Əliyeva həmin gecə dünyasını dəyişdi. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, anası Günay isə dağıntılar altından çıxarılandan bir gün sonra xəstəxanada həyata gözlərini yumdu: "Balaca Nilay hazırda  nənə və babasının  himayəsindədir. Heç nədən xəbərsiz körpə gülür, oynayır. Gəncə terroru öz qəddarlığı və amansızlığı ilə bir daha ermənilərin insanlığa qarşı ən böyük təhlükə olduğunu bütün dünyaya nümayiş etdirdi. Düşmən məhz Xocalı soyqırımında olduğu kimi yenə də günahsız insanları hədəf aldı. Nilay kimi onlarla körpələrimizin intiqamını məhz Müzəffər Azərbaycan Ordusu aldı. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm.  Balaca Nilay bizlərə əmanətdir. Dövlətimiz və xalqımız daim qızımızın yanındadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31