Arif Babayevin vəziyyəti ağırlaşıb, xəstəxanaya yerləşdirildi

Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Olaylar.azxəbə verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini stabil qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31