Moskvada Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü gözlənilir
11 Oktyabr 2021 12:45 SosialQafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiya Federasiyasında səfərdə olacaq.
Qafqaz Müsəlmanları İdarəsindən Olaylar.az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcəkdir. Moskvada, habelə, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü gözlənilir.
Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31