Hamilə qadınlar da COVID-19-a qarşı peyvənd olunsun- DEPUTAT

"Cəmiyyəti son günlərdə narahat edən məsələlərdən biri peyvəndləmədir. Bu gün bu sahədə həm ölkəmizdə, həm də dünyada mühüm işlər görülür". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deyən millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, peyvəndləmənin xüsusilə təhsil sahəsində aparılması çox mühümdür: "Ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analarından əks-göstəriş sertifikatı tələb olunur. Hətta bu günlərdə belə bir tələbə öz imzasıyla təhsilindən imtina edib. Sabah bir ana koronavirusa qarşı peyvəndi olmadığı üçün məhkəməyə müraciət edə bilər. Dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır, ancaq bizdə əks-göstəriş sertifikatı verirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31