Vaksin vurdurmayanların mağazalara girişi qadağan edildi
9 Oktyabr 2021 12:40 SosialLatviya Böhran İdarəetmə Şurası koronavirusa qarşı peyvənd vurdurmayan sakinlərin mağazalara girişini qadağan etmək qərarına gəlib. Yeganə istisna zəruri malları olan pərakəndə satış yerləri olacaq.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Latviya Baş naziri Krişyanis Karinş söyləyib.
"Yalnız COVID sertifikatı olan insanlar mağazalara gedə biləcəklər. İstisnalar zəruri malları olan pərakəndə satış yerləri, yəni ərzaq dükanları olacaq", - deyə Karinş bildirib.
O, Latviya sakinlərini imkan daxilində distant iş rejiminə keçməyə çağırıb.
Bundan başqa məktəbdə şagirdlərin maska taxması məcburi olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31