Deputat şəhidin il mərasiminə qatılıb
8 Oktyabr 2021 11:40 SosialMillət vəkili Emin Hacıyev şəhid Pərvin Babayevin il mərasiminə qatılıb. "Olaylar" ın xəbərinə görə, bu barədə millət vəkili məlumat verib: "Ötən gün 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə ucalan Pərvin Babayevin Sumqayıt şəhərində keçirilən il mərasimində iştirak etdik. Pərvin Hüseyn oğlu Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Pərvin Babayev 2019-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. Əsgər Pərvin Babayev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Pərvin Babayev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib. Allah rəhmət eləsin!"
![]()