Azərbaycandakı diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin Şuşaya səfəri başlayıb
8 Oktyabr 2021 11:40 SosialAzərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin mətbuat attaşelərinin Şuşa şəhərinə səfəri başlayıb.
Olaylar.az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsinə istinadən məlumat verir.
Qeyd olunur ki, səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtında bərpa işləri ilə, görməli yerlərlə tanışlıq baş tutacaq. Qonaqlara məşhur "Cıdır düzü"ndə xalq musiqisi təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31