Yevlaxda Şəhidlər Abidə Kompleksi yenidən qurulur

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə Yevlax rayonun Malbinəsi kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə yükləmiş 6 igidin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksi əsaslı şəkildə yenidən qurulur. Uzun müddət təmir işləri görülmədiyindən abidənin təmirinə ehtiyac yaranmışdır. "Olaylar" xəbər verir ki, bu məqsədlə YAP Yevlax rayon təşkilatının fəalları abidənin yenidən qurulması işində yaxından iştirak edir, lazımi işlərin görülməsində fəallıq göstərirlər. Abidə yenidən qurulan zaman II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Malbinəsi kəndindən olan 2 şəhidin də şəkli Abidə Kompleksinə əlavə ediləcək  və yenidən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsini əbidiləşdirən Ziyarətgaha çevriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31