Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI
8 Oktyabr 2021 10:17 SosialTovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.
Olaylar.az bildirir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.
Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31