“Space” TV-nin rəhbərliyindən ayrılan Vaqif Mustafayev haradadır?

Vaqif Mustafayev "Space" TV-nin rəhbərliyindən ayrılandan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru vəzifəsində çalışır.

Olaylar.az modern-ə istinadən xəbər verir ki, belə ki, rejissor bu yaxınlarda "Fəryad-2" tammetrajlı bədii filminin çəkilişlərini də yekunlaşdırıb.

Qeyd edək ki, V.Mustafayev Dövlət Mükafatı laureatı, Xalq artistidir. Onun filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb.

O, 2006 - 2021-ci illərdə "Space" televiziya kanalının rəhbəri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31