Ruslan Əliyev vətəndaş suallarını cavablandıracaq

"Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev növbəti dəfə canlı olaraq vətəndaş suallarını cavablandıracaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Ruslan Əliyev özü verib. İstehsalat Birliyinin rəhbəri qeyd edib ki, oktyabr ayının 8-də saat 12:00-da "Facebook" sosial şəbəkəsi üzərindən növbəti canlı yayım həyata keçirəcək. Ruslan Əliyev qeyd edib ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda müraciət edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31