Koronavirusun ən təhlükəli simptomu açıqlandı
6 Oktyabr 2021 10:31 SosialKoronavirus infeksiyasını tənəffüs sürətinə görə təsbit etmək mümkündür.
Oxu.az xəbər verir ki, bunu rusiyalı allergoloq-immunoloq Vladimir Bolibok bəyan edib.
Onun sözlərinə görə, COVİD-19-un yeni ştamlarında qoxu itkisi, öskürək və hərarət artıq koronavirusun vacib əlaməti sayılmır.
"Diqqət etməli olduğunuz ən vacib şey insanın boğulmağa başlamasıdır. Təngnəfəslik müşahidə edilərsə, bu, ən təhlükəli simptomdur", - deyə həkim bildirib.
Onun sözlərinə görə, əgər insan ağır fiziki əməklə məşğul deyilsə, yaxud sakit haldadırsa (stress keçirmirsə), onun nəfəs alma sürəti dəqiqədə 20 nəfəsi keçməməlidir. Sakit vəziyyətdə insan daha tez nəfəs alırsa, təcili olaraq həkimə müraciət etmək lazımdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31