Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...”

On milyonlarla türkün sevimli "Traktorsazi" futbol klubu diqqət çəkən paylaşım edib.

Olaylar.az  xəbər verir ki, bnu klubun rəsmi "Twitter" səhifəsində 1985-ci ildə çəkilən "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin iranlı məmura  dediyi "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri yer alıb.

Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, "Biz Azərbaycanlıyıq" haştağı ilə paylaşılan rəyə "Tərəfimiz bəllidir əllərimizdən" sözləri də əlavə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31