Elnur Əşrəfoğlunun son durumu necədir?
5 Oktyabr 2021 16:16 Sosial"Elnurun vəziyyətində yaxşılaşma yoxdur".
Olaylar.az xəbər verir ki, bu barədə oxu.az-a onun həyat yoldaşı məlumat verib.
O bildirib ki, Elnurun müalicəsi üçün həkimlər əllərindən gələni etsələr də, vəziyyətində irəliləyiş qeydə alınmayıb:
"Müalicələr davam edir. Zəruri olan hər bir tədbir görülür. Ümid bir Allaha qalıb. Ancaq dua edirəm ki, Elnur sağ salamat evə qayıtsın".
Xatırladaq ki, koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlu hazırda "Yeni Klinika"da ECMO aparatına qoşulu vəziyyətdə müalicəsini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31