162 saylı məktəbdə 3 şagird COVİD-19-a yoluxub- RƏSMİ
5 Oktyabr 2021 15:37 Sosial"162 nömrəli tam orta məktəbin 8 ç sinfində 3 şagirdin COVİD-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub". "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarat Məmmədov verib. İdarə rəsmisi onu da deyib ki, ümumilikdə məktəbdə əyani təhsil davam edir: "Paytaxt məktəblərində çalışan təhsil işçilərinin 90 faizindən çoxu vaksin olunub . Tədris ocaqlarında pandemiya şəraitindən irəli gələn qaydalara ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31