2 manat 20 qəpiklik suyu İlkinə 6 qat baha satdılar

Aparıcı İlkin Həsəni marketdən su alarkən başına gələn hadisəni bölüşüb.

Axşam.az xəbər verir ki, İlkin əvvəlcə paylaşım edərək, uşaqlar üçün nəzərdə tutulan suyun 13 manat 20 qəpik olmasından şikayətlənib.

"Elə bildim, suyun 6 ədədi 2 manat 20 qəpiyədir. Kassada dedilər ki, 13 manat 20 qəpik. Bu, nə qiymət strategiyasıdır. 330 ml. su 2 manat 20 qəpik" deyə, İlkin paylaşımında qeyd edib.

O, daha sonra bildirib ki, suyu ona market baha satıb. Şirkət İlkinə mesaj yazaraq 6 ədədin qiymətinin 2 manat 20 qəpik olduğunu bildirib.

Aparıcı alış-verişini "Armostore" marketindən etdiyini, onu orada aldatdıqlarını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31