Vaqif Şərifov son mənzilə yola salındı - FOTO
5 Oktyabr 2021 12:56 SosialGəncə Dövlət Dram Teatrının rejissoru, Respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Qızıl Dərviş" mükafatı laureatı Vaqif Abdulla oğlu Şərifov son mənzilə yola salınıb.
Olaylar.az-ın verdiyi məlumata görə, Xalq artisti ilə vida mərasimi Gəncə Dövlət Dram Teatrında keçirilib.
Vida mərasimində mərhumun yaxınları, sənət dostları, aktyorlar, şəhər ziyalıları iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31