Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinqlər keçirilib

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə 1-4 oktyabr tarixlərində Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif ərazilərində  monitorinqlər həyata keçirilib, havada dispers toz hissəciklərinin miqdarı üzrə ölçmələr aparılıb. "OLAYLAR"-ın xəbərinə görə, Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən havada tozun miqdarı norma daxilində olsa da, Bakı şəhərində dəm qazı 1.5,  azot 4-oksid 1.4, Gəncə şəhərində kükürd və dəm qazı 1.3, Sumqayıt şəhərində isə hidrogen sulfid 1.5 dəfə normadan çox  olub.

"Bakı şəhərində keçirilən monitorinqlərin nəticələrinə görə, atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb. Belə ki, tozla bağlı transsərhəd çirklənmənin olmaması səbəbindən havada tozun miqdarı normadan aşağı qeydə alınıb".

G.Abbasova onu da qeyd edib ki, 1-4 oktyabr tarixlərində şimal-şərq küləklərinin üstünlüyü çirkləndirici  qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.

"7 oktyabr tarixinədək  yağıntılı və  küləkli hava şəraitinin olacağını nəzərə alsaq, yaxın günlərdə də havanın keyfiyyətinin əlverişli  olacağı gözlənilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31