Bu günə qədər 136 qazimiz müalicə üçün Türkiyəyə göndərilib
5 Oktyabr 2021 12:04 Sosial44 günlük Vətən müharibəsi başa çatdıqdan bu günə qədər "YAŞAT" Fondu tərəfindən 136 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Bu barədə məlumat "OLAYLAR"-a Fonddan daxil olub. Bildirilib ki, onlardan 90-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31