Daha 4 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Ağır yaralanan daha 4 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib. "OLAYLAR" Fonda istinadən xəbər verir ki, bunlar Əkbərov Xəyal Hüseyn oğlu, Məmmədov Azər Arif oğlu, Əliyev Kamran Yasir oğlu və Duniyev Kamil Əlibala oğludur.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31