Xorvatiya ilə birbaşa uçuşlar təmin edilə bilər
5 Oktyabr 2021 12:05 SosialXorvatiya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovla görüş keçiriblər. "OLAYLAR" Dostluq Qrupunun Azərbaycandan olan təmsilçisi, millət vəkili Könül Nurullayevaya istinadən xəbər verir ki, görüş zamanı nümayəndə heyətləri tərəfindən enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, ticarət həcminin artırılması üçün potensial sahələrin araşdırılması, ölkələr arasında birbaşa uçuşların təmin edilməsi, eləcə də Azərbaycan və Ermənistan arasında post-münaqişə dövründəki vəziyyət başda olmaqla bir sıra əhəmiyyətli məsələlər müzakirə edilib: "Mən də öz növbəmdə yeni yaradılan parlamentlərarası işçi qrupuna məsul fəaliyyətində uğurlar arzu edir, iki dost ölkə arasındakı sıx əməkdaşlıq əlaqələrinin xalqlarımızın maraqlarına uyğun şəkildə daha da genişlənəcəyinə əminliyimi bildirməkdən məmnunluq duyuram".
Qeyd edək ki, görüş Xorvatiya - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Xorvatiyadan olan həmsədri Maya Qrba-Buyeviçin rəhbərliyi ilə keçirilib.