Səfir Cahit Bağçı Polad Həşimovun anasını ziyarət edib
5 Oktyabr 2021 11:15 SosialTürkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı bərabərindəki heyətlə şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanı ziyarət edib. "OLAYLAR" Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfir Bağçı ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin ataşesi Zekeriya Yalçın, Albay Koray Kuşçuoğlu, müşavirlər Nuri Öztürk və Mustafa Çakır, eləcə də dini məsələlər üzrə müşavir Zeki Yavuzyılmaz da Polad Həşimovun anasını ziyarətdə iştirak edib.
Səfir şəhid anasına Azərbaycan və Türkiyənin dostluq və qardaşlığını əks etdirən xatirə hədiyyəsi təqdim edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31