Dünya üzrə on minlərlə sosial şəbəkə istifadəçisi problemlə qarşılaşıb - YENİLƏNİB

 

Yüz minlərlə sosial şəbəkə istifadəçiləri "Facebook", "Instagram", "Whatsapp" tətbiqlərindən istifadə edə bilmir

"Facebook" və ona məxsus olan "Instagram", "Whatsapp" sosial şəbəkə tətbiqlərinin fəaliyyətində yaranan problem davam edir.

Dünyanın müxtəlif ölkələrindən olan on minlərlə istifadəçi sözügedən sosial şəbəkə xidmətlərindən məhrum olduqlarını qeyd ediblər.

Məşhur internet resurslarının fəaliyyətini izləyən "Downdetector" xidməti məlumat verir ki, 80 mindən çox "Facebook" istifadəçisi, 70 minə yaxın "Instaqram" və 22 mindən çox "Whatsapp" istifadəçisi sosial şəbəkələrlə bağlı problem yaşadıqlarını bildiriblər.

Hazırda Rusiya, ABŞ, Böyük Britaniya, Braziliya və Küveyt də daxil olmaqla dünyanın müxtəlif ölkələrindən olan sosial şəbəkə istifadəçilər xidmətlərin işində yaranan problemlərdən şikayətlənirlər.

Mənbə: "Forbes"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31