Şəhid ailələri və qazilərlə görüş keçirilib

Milli Məclisin Səhiyyə komitəsinin sədri, millət vəkili Əhliman Əmiraslanov YAP Sabirabad rayon təşkilatında şəhid ailələri və qazilərlə görüş keçirib.

"OLAYLAR" xəbər verir ki, görüş zamanı deputat seçiciləri tərəfindən qaldırılan məsələlərin bəzilərini yerindəcə həll edib. Millət vəkili həmçinin Şəhid ailələri və qazilərin sağlamlığında olan problemləridə öhdəsinə götürüb.

Seçicilərlə görüşdən sonra YAP Sabirabad rayon təşkilatının sədrinin səlahiyyətlərini yerinə yetirən Məleykə Ağayeva özünün lahiyə rəhbəri olduğu Sabirabad şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Fatehlər" kitabını Əhliman Əmiraslanova hədiyyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31