Sərnişindaşıma şirkətlərinə həftəsonu işlə əlaqədar tapşırıqlar verilib
2 Oktyabr 2021 10:44 SosialNazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi barədə qərarına uyğun olaraq müntəzəm marşrut xətləri üzrə avtobuslar şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.
Olaylar.az xəbər verir ki,Bakı Nəqliyyat Agentliyindən trend-ə verilən məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verilib. Tapşırılıb ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər. Sürücü və işçi heyətinin təlimatlandırılması, habelə texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31