"Ailəsi Səyyad Əlizadənin son vəsiyyətini yerinə yetirir"
1 Oktyabr 2021 12:41 SosialXəbər verdiyimiz kimi, koronavirusa yoluxan müğənni Səyyad Əlizadə ötən gün 63 yaşında dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, mərhum Füzuli rayonun Babı kəndində dəfn olunacaq.
Əməkdar artist Yusif Mustafayev Axşam.az-a açıqlamasında bildirib ki, bu, mərhumun öz istəyi olub:
"Son vaxtlar vəsiyyət edib ki, məni Babı kəndində dəfn edərsiniz. Orada valideynlərinin yanında dəfn olunacaq. Ailəsi də son vəsiyyətini yerinə yetirir".
Qeyd edək ki, S.Əlizadənin nəşi bu sabah ailəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31