75 nəfər sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Vətən müharibəsi əlilləri də daxil olmaqla daha 75 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasındakı sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.  "Olaylar" xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqlar valideynlərindən birinin müşayiəti ilə göndəriliblər.

Agentlik tərəfindən verilmiş yollayışlar əsasında yola salınan şəxslərdən bir hissəsi xəstəliklərinə uyğun olaraq "Duzdağ" Fizioterapiya Mərkəzi və "Darıdağ" Arsenli Su Müalicəxanasında, digər hissəsi Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində bərpa-müalicəsi prosedurları keçəcəklər. 2021-ci ilin ötən dövründə Sosial Xidmətlər Agentliyi tərəfindən ümumilikdə 1400-dək imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31