Deputata yeni vəzifə verildi
1 Oktyabr 2021 11:56 SosialAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Nigar Arpadaraiyə yeni vəzifə verilib. "OLAYLAR"İA xəbər verir ki, bu barədə deputat "Facebook" səhifəsində paylaşım edib. O, AŞPA-nın Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər Komitəsi tərəfindən "İdman vasitəsilə miqrantların, qaçqınların və məcburi köçkünlərin sosial həyata inteqrasiyası" mövzusunda məruzəçi təyin olunub. Qeyd edək ki, AŞPA-nın sentyabrın 27-dən başlayan payız sessiyası bu gün yekunlaşır.Nigar Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31