Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 605 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 350 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 713 775, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 636 800 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31