"Vətən oğlumla bərabər bətnimdə başaldı... Vətəni 9 ay bətnimdə böyütdüm"- ŞƏHİD ANASI

"Vətən oğlumla bərabər bətnimdə başaldı... Vətəni 9 ay bətnimdə böyütdüm... 24 il gecəm-gündüzüm olmadı... Vətənə, oğluma qulluq etdim. Vətən və torpaq... Hər ikisi oğlumdur... Şəhid oğlum"- Vətən müharibəsi şəhidi Ruslan Səfərovun anası Ramiye Seferova hər gün belə məktublar yazırdı oğlu Ruslana. Vətən qəhrəmanlarının kitabını yazmağa başlayanda Sumqayıtda ziyarətinə getmişdim. O gündən mənimlə dost oldu. Zəngləşdik, danışdıq, dərdinə şərik olmağa çalışırdım. Bilirdim ki, özümüm də, onu da aldadıram. Mənə deyirdi ki, hər şey ötüb keçəcək, gülüşlə yola ver.... Özü də dərdinə-kədərinə gülürdü... Elə gülürdü ki... Adam qorxurdu gülüşlərindən...

Evdə otura bilmirdi.... Hər təzə ayın 2-də gedirdi Füzuli tərəfə, gedirdi oğlunun çalışdığı 877 saylı hərbi hissəyə.... Oradakı şəhidlərin boş çarpayıları ilə danışırdı... Oğlunun evdəki paltarlarını qoxlayırdı, sığallayrıdı... Və bütün bunları video lentə çəkirdi. Hər dəfəonun sosial şəbəkə üzərindəki paylaşımlarını görəndə ciyərim yanırdı, ürəyim min yerdən param-parça olurdu.

16 sentyabrda sosial şəbəkədə bir paylaşımını gördüm. Yazmışdı ki, anam və mən COVİD-19-a yoluxmuşuq. Özünüzü qoruyun. yazısını oxuyan kimi zəng vurdum ona, xəbər bildim. Dedim ki, get xəstəxanaya... Sərt bir ciddiyyətlə "Yox... getmərəm... Xəstəxanada Ruslan şəhid olmazdan 3 ay əvvəl atam öldü koronadan. Evdə sağalacam..."- dedi. Səsi xoşuma gəlmədi. Tez Sumqayıt Təcili yardım Xəstəxanasının Baş həkimi İlkin doktora zəng vurdum. Şəhid anası haqqında məlumat verdim. sağ olsun, İlkin həkim, həmən ünvanı nəzarətə götürdü. Həkim briqadası göndərdi, dərmanlarla təchiz elədi. Hər gün doktora zəng edib xəəbər bilirdim. Həm də Ramiyə xanımla danışırdım. Yalvarırdım, dilə tuturdum ki, get xəstəxanaya. "Yox!" deyib dayandı. Bir də 20 sentyabrda zəng vurudm, dedim ki, sənin vəziyyətin xoşuma gəlmir, get xəstəxanaya. Dedi ki, narahat olma, indi həkimlər gəlib aparacaqlar məni... O gündən sonra Ramiyə xanımla danışa bilmədim. Fikirləşdim ki, yəqin reanimasiyadadır. Ona görə telefonlarıma cavab vermir. Yəqin canı ağrayır, ona görə cavab vermir, yəqin nəfəsi çatmır, ona görə cavab vermir...

Bu gün də cavab verməyəndə yenə İlkin diktoru yığdım. İlkin doktor eşitmək istəmədiyim o qara xəıbəri dedi mənə. Dedi ki, "Yeni klinika"-da təhmətə gedib bir neçə gün əvvəl....

İndiəlim-qolum quruyub yanıma düşüb. Ramiye Seferova ya sahib çıxa bilmədim. Çox üzgünəm, çox yanıb-yaxılıram...

Ramin səfərov Sumqayıtdakı şəhidlər Xiyabanında dəfn olunub. Bundan sonra Ramini kim ağlayacaq, şəklini kim sevəcək?

Ramiyənin qonşu Vətən müharibəsi şəhidi Mehman Süleymanovun həyat yoldaşı Günel xanıma zəng vurdum, soruşdum . Günel dedi ki, Ramiyə xalanı evdən aparanda gördüm onu. Dedi ki, Günel mənim axırımdır. Gedirəm Ruslanımın yanına...."....

Ramiyə Səfərova oğluna olan o boyda sevgisi ilə bu dünyada yaşaya bilməzdi, gülə-gülə aldatdı bizi.... Gülə-gülə oğlunun yanına getdi. şəhidimiz Mehman Süleymanovun həyat yoldaşı Günel deyir ki, Ramiyə xala ölən gündən tək qaldım, qəm sirdaşım idi. Hər gün ağlayırdım onun üçün. Ancaq , dünən yuxumda gördüm ki, Ruslanla əl-ələ verib gülür... İndi özümə söz vermişəm ki, daha Ramiyə xala üçün ağlamayacağam. Çünki Ruslanına qovuşub...

BU gün Şəhidlərimizin Anım Günüdür. İndi Ramiyə xanım oğlunun boynunu qucaqlayıb öpüb-oxşayır onu. İNdi daha paltarlarını deyil, başını tumarlayır, ətrini sinəsinə çəkir. Ramiyə xanım, bizi bağışla... Bilmirəm ki, səndən sonra oğlun Ruslanı sənin kimi axtaran olacaqmı...

Sumqayıtın Şəhidlər Xiyabanına gedən şəhid anaları, şəhid qohumları, hər zaman Ruslan Səfərovun da məzarının üstündə dayanın, Rumiyə ananın əvəzinə ona baş çəkin, ağı deyin, sevin o baş daşını...

Aida Eyvazlı GÖYTÜRK.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31