Əməkdar artist 30 il sonra şəhid həyat yoldaşının qəbrini ziyarət etdi

"30 ildən sonra həyat yoldaşımın qəbirini ziyarət edim".

Olaylar.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasnda Əməkdar artist, Opera və Balet Teatrının solisti Gülüstan Əliyeva Cəbrayıl rayonuna səfərindən danışarkən deyib.

O bildirib ki, ermənilər şəhid Zahid Əhmədovun qəbrini dağıdıblar:

"Qəbirdən heç nə qalmayıb, dağıdıblar. Kənddə görüləsi heç nə yoxdur, hər yer dağılıb-uçurulub. Amma hər yerdə bərpa işləri gedir. Hələ özümə gələ bilməmişəm".

Qeyd edək ki, Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 1991-ci ildə Qarabağ müharibəsində şəhid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31