Bakı Media Mərkəzi 27 Sentyabr - Anım Gününə həsr olunmuş çarx hazırlayıb - VİDEO

 

 
Bakı Media Mərkəzi 27 sentyabr Anım gününə həsr olunmuş videoçarx hazırlayıb.
 
Mərkəzin paylaşımında bildirilib:
 
"Qəlbinin sevgilisi ilə ayrılıb, Vətən sevgisi ilə şəhid olan bütün əsgər və zabitlərimizi dərin ehtiramla anır, xatirələrini uca tuturuq. Onların ruhu qarşısında baş əyirik!
 
Bakı Media Mərkəzi olaraq 27 sentyabr Anım günündə bu video çarxı məhz onlara - Vətən sevgisini hər şeydən üstün tutan qəhrəmanlarımıza həsr edirik.
 
Videonun musiqisi bəstəkar Etibar Əsədliyə məxsusdur".
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31