Bu saatda bütün yollarda hərəkət dayandırılacaq - DYP-dən MÜRACİƏT
27 Sentyabr 2021 09:37 SosialBaş Dövlət Yol Polisi İdarəsi 27 sentyabr - Anım Günü ilə əlaqədar ölkə əhalisinə müraciət edib.
İdarədən daxil olan məlumata görə,27 sentyabr - Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.
Şəhidlərimizi hörmətlə anır, Allahdan onlara rəhmət diləyirik.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31