Məşhur futbolçunun anası: Oğlum futboldan ayrılsaydı, kərpic ustası olardı

Cristiano Ronaldonun anası Dolores Aveiro, Sporting klubunun podcastında Portuqaliyalı ulduz haqqında danışdı. Çox kasıb günlər keçirdiklərini söyləyən Aveiro, "Cristiano futboldan ayrılmaq həddinə çatdı. Futboldan ayrılsaydı, yəqin ki, kərpic ustası olardı" dedi.

Olaylar.az xəbər verir ki, Sporting klubunun podkast yayımına qatılan və Youtube kanalına müsahibə verən Dolores, oğlu Cristiano Ronaldoya "Ölməzdən əvvəl Sporting Lissabonda oynamağını görmək istəyirəm. Sən olmasan belə nəvəm Cristianinho da bəlkə Sportingdə oynaya bilər. Bunu çox istəyirəm" dediyini açıqladı. Nəvəsi Cristianinyonun o yaşda Ronaldodan daha istedadlı olduğunu bildirərək, "Cristianonun yaşında müəllimi yox idi, indi nəvəmin müəllimi Cristianodur. Bu səbəbdən nəvəm çox şanslıdır" dedi.

Dolores Aveiro, oğlunun böyümə çağında böyük problemlərlə üzləşdiyini və futbolçu olmasaydı yəqin ki, divar ustası olacağını bildirərək, "çox pulsuz günlər keçirdik. Cristiano futboldan ayrılmaq dərəcəsinə çatdı. Həmişə mənə "sənə ev və maşın alacağam" deyirdi və dediyini etdi. Futboldan ayrılsaydı, yəqin ki, kərpic ustası olardı. Orada da dünyanın ən yaxşı ustası ola bilməzdi, axı hər kəsin düzgün bildiyi bir işi var. Gəncliyimdə çox çalışmaq məcburiyyətində idim, zənbillər hazırlayırdım və satırdım. Gündə 130 səbət hazırladığım günlər olurdu. İndi həyatımın ən böyük sevinci nəvələrimdir və mənim də onlarla birlikdə 10 yaşım var " dedi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31