Yaşayış yerini tərk etmiş daha bir koronavirus xəstəsi saxlanıb
24 Sentyabr 2021 12:02 SosialYardımlıda yaşayış yerini tərk etmiş aktiv koronavirus xəstəsi olan tibb işçisi aşkarlanıb. "Olaylar xəbər verir ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, Yardımlı rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Faktla bağlı Yardımlı RPŞ-nin istintaq qrupunda araşdırma aparılır. A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində feldşer işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31