9 ay hamilə olduğunu bilməyən 11-ci sinif şagirdi - Valideynlərinin qarşısında doğdu
24 Sentyabr 2021 10:56 SosialBöyük Britaniya sakini Aleksis Kuinin başına gələnlər hər kəsi şoka salıb. 11-ci sinif şagirdi hamiləliyini hiss etməyərək dərsə gedən ərəfədə uşaq dünyaya gətirib.
Milli.Az xəbər verir ki, başına gələnləri də TikTok-da yayımlayıb. Bildirib ki, ilk narahatlığı yaz tətilində olub. Məktəbli qız hamiləlik testi aparmaq qərarına gəlir. Mənfi nəticə aldıqdan sonra sakitləşir. Qarnı böyümədiyindən və qadın xəstəliyi kəsilmədiyindən hamiləlikdən şübhələnmək üçün başqa heç bir səbəbi olmayıb. Uşaq dünyaya gətirən gün isə valideynlərinə ağrılardan şikayət edir. Lakin ona yenə inanmırlar. Hamama gedib qayıdandan sonra anası onu görəndə şoka düşür. Belə ki, uşağın başı artıq çöldə idi. İndi artıq məktəbli qız oğlan anasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31