Elnur Əşrəfoğlunun son vəziyyəti AÇIQLANDI

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

Olaylar.az bildirir ki, bunu  jurnalistin qardaşı Rəşad Şükürov deyib.

O bildirib ki, jurnalistin vəziyyəti ağır stabildir: "Ağciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün o, ECMO cihazına qoşulub"

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31