Nurlar içində yat, Denis Əliyev

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 2020 - ci ilin sentyabrı son yüzilliklər tariximizin rəşadət səhifəsidir. 
Torpaqlarının düşmən tapdağı altında qalması ilə heç vaxt barışmayan Xalq əsarətdə inləyən torpaqlarının mübarizəsinə qalxdı və düşmənə göz dağı verərək , işğal  altında qalmış ərazilərini düşmən tapdağından xilas etdi. 
Vətən müharibəsi başlayanda ölkəmizin milliyyətindən aslı olmayaraq bütün övladları doğma torpaqlarının mübarizəsinə qalxdı.
Azərbaycan oğulları qanıyla, canıyla tarix yazdı . 
Ölümün gözünə dik baxan igidlərimiz ZƏFƏR ə doğru qətiyyət və əzmlə irəlilədi . Bu yolda Şəhidlərimiz də oldu , qazilərimiz də.. 
44 günlük müharibəmizdə Şəhadətə yüksəlmiş, Vətən torpağını qanıyla suvaran igidlərimizdən biri də rus əsilli Şəhidimiz Pronin Denis Aleksandroviçdir. 
 Pronin Denis Aleksandroviç 26 may 1989 - cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 
2004- cü Bakıda T.Bağırov adına 59 nömrəli məktəbi bitirmiş, 2007 -  2009- cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
Denis 2011- ci ildə ailə həyatı qurmuş, nigahdan sonra Pronin soyadını Əliyev soyadı ilə dəyişmişdir. 
2020 - ci ilin 21 sentyabrından təlimlərə qatılmış Denis müharibənin ilk günlərindən torpaqların azad olunması uğrunda qəhrəmanlıqla döyüşmüşdür. Denis Əliyev  oktyabrın 6-da Cəbrayılın işğaldan azad olunması uğrunda  döyüşlərdə Şəhid olmuş,  Xətai rayonunda dəfn olunmuşdur. 
Bir qız övladı yadigar qalmışdır. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən  Denis Əliyev ölümündən sonra "Vətən uğrunda," "Cəbrayılın və Füzulinin azad olunmasına görə" medalları ı ilə təltif olunmuşdur.
Nurlar içində yat, Şəhidim 

Mehriban  Sadıqova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31