Sabah Mingəçevirdə su kəsiləcək

Sabah Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu ASC-dən Olaylar.az-a verilən məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq şəhərdəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31