Yeni tədris ili üçün çap olunan dərsliklərin sayı AÇIQLANDI

Yeni tədris ili üçün çap olunan dərsliklərin sayı məlum olub.

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edərək verib.

O bildirib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31