2021-ci ilin 8 ayında təyin olunan müavinət və təqaüdün statistikası açıqlanıb. Dövlət Sosial Müdafiə Fondundan "Olaylar"a verilən məlumata görə, 2021-ci ilin yanvar-avqust ayları ərzində 75 min nəfərdən çox vətəndaşa elektron qaydada sosial müavinət və təqaüd təyin olunub. Bildirilib ki, onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31