Dövlət Gömrük Komitəsinin təqdim etdiyi elektron xidmətlərdən istifadə sayı 7 MİLYONA YAXINLAŞIB

Olaylar.az xəbər verir ki, cari ilin 8 ayında Dövlət Gömrük Komitəsinin istifadəyə verdiyi elektron tətbiqlərdən 6 milyon 835 min dəfədən çox istifadə edilib.

Təkcə "e.customs.gov.az" və "Smart Customs"  mobil tətbiqi üzərindən 3.5 milyon dəfə bəyənnamə göndərilib. Bu barədə  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev öz "twitter" hesabında paylaşım edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31