Elçin Hüseynbəyli haqqında kitab nəşr olunub

Yazıçı-dramaturq-publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi  Elçin Hüseynbəylinin anadan olmasının 60, ədəbi yaradıcılığının 40 illiyinə  həsr olunmuş "MƏN və eqom..." kitabı nəşr edilib.

"Yeni Poliqrafist" nəşriyyatı tərəfindən çap olunan kitab  yazıçının şəxsiyyət və yaradıcılığı haqqında nəzərdə tutulmuş dörd kitabın birincisidir.

Kitaba tanınmış qələm adamlarının (yazıçıların, şairlərin, tənqidçilərin, ədəbiyyatşünasların) müxtəlif zamanlarda yazdıqları məqalələr daxildir və E.Hüseynbəylini  tanımaq və tanıtmaq  baxımından əhəmiyyətlidir, çünki çeşidli ədəbi nəsillərin fikir və düşüncələrini özündə birləşdirir.

Sizə təqdim olunan birinci kitab (elə onlardan sonra gələnlər də) əsasən araşdırmaçılar, biblioqraflar və yazıçının yaradıcılığını izləyən, bəyənən oxucular üçün nəzərdə tutulub.

Kitabın  redaktorları Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə və Dürdanə İbrahimova-Hüseynbəylidir.

Qeyd edək ki, Elçin Hüseüynbəyli 1961-ci il, dekabrın 23-də Cəbrayıl rayonunda anadan olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31