İki yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanıldı

Kubada 2-10 yaş arasında olan uşaqların vaksinasiyasına başlanılıb.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, hazırda Kubada yerli istehsal olan "Abdala" və "Soberana" adlı iki peyvənd var.

Hər iki peyvəndin üç dəfə vurulması tələb olunur.

Ötən həftə isə hökumət 11-18 yaş arası kubalıların peyvəndləmə prosesinə başlayıb.

Bu tədbirlərin koronavirusun "Delta" variantının ölkədə yayılmasının qarşısını almağa kömək edəcəyi güman edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31