"WhatsApp"da yeni funksiya işə salındı
16 Sentyabr 2021 21:07 Sosial"WhatsApp" messencerində yeni funksiya işə salınıb.
Bunu şirkətin icraçı direktoru Uill Ketkart bildirib.
Qeyd olunur ki, messencer istifadəçilərə yaxınlıqdakı mağaza və xidmətləri tapmağa imkan verəcək.
"WhatsApp"ın "Android" versiyasında "Yaxınlıqdakı müəssisələr" funksiyası yaradılıb. Burada mağaza, restoranlar, emalatxanalar və digər müəssisələr barədə məlumatlar toplanıb.
Funksiya hələlik Braziliyanın San-Paulu şəhərində işə salınıb. Şirkət gələcəkdə funksiyanın əhatə dairəsini genişləndirməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31