Müğənni Səyyad Əlizadənin bacısı prezidentə müraciət etdi - VƏZİYYƏTİ AĞIRDIR
16 Sentyabr 2021 14:04 SosialAzərbaycanın tanınmış, sevimli müğənnisi, məşhur "Bəyaz Gecələr" mahnısının ifaçısı Səyyad Əlizadənin koronavirus səbəbi ilə vəziyyəti ağırdır.
Olaylar.az xəbər verir ki, ifaçının bacısı prezident İlham Əliyevə müraciət ünvanlayıb:
"Bütün Azərbaycanın ümid yeri, sevimli prezidentim İlham Əliyev və hamıya kömək olan xanımlar xanımı Mehriban Əliyeva, mən tanınmış müğənni, "Bəyaz Gecələr"i xalqa sevdirən Səyyad Əlizadənin bacısıyam. Səyyadım indi zülmətdədir, sizdən kömək istəyirəm. Bəhram Bağırzadəni həyata qaytaran həkimlər onu da qaytarsın. O mənim hər şeyim, bütün nəslimizin sevincidir. Ay prezidentim, Mehriban xanım, həkimlər, xahiş edirəm, mənə kömək edin".
Məşhur ifaçının bacısı sonda prezidentə ünvanladığı müraciətdə göz yaşları içərisində "ümid yerim sizsiniz" deyə bildirib.