Müharibə iştirakçılarına 10 mindən çox psixoloji xidmət göstərilib
16 Sentyabr 2021 15:02 Sosial"900-dən çox Vətən müharibəsi iştirakçısına psixoloji xidmət göstərilib". "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib. Onun sözlərinə görə, ümumilikdə 10 mindən artıq psixoloji xidmət göstərilib: "900-dən yuxarı Vətən müharibəsi iştirakçısı və ailə üzvlərinə 10 mindən artıq psixoloji xidmət göstərilib. Həmçinin reabilitasiya mərkəzlərində yüksək istisaslı psixoloqlar xidmət edir. Qazilərin vəziyyətindən asılı olaraq həm evdə, həm də onlayn psixoloji dəstək sessiyaları keçirilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31