Çili peyvənd olunan əcnəbilər üçün sərhədlərini açır

Çili hökuməti koronavirusa qarşı təsdiq edilmiş vaksinləmə sertifikatına malik olan əcnəbilərin ölkəyə girişinə qoyulmuş qadağanı ləğv etmək qərarına gəlib.

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Hökumət peyvənd olunmuş əcnəbilərin oktyabr ayının 1-dən etibarən ölkəyə girişinə icazə verir", - məlumatda deyilir.

Bununla belə, ölkəyə daxil olan bütün şəxslər 5 günlük karantinə riayət etməlidirlər. Onlar həmçinin 14 gün ərzində öz səhhətləri və yerləşmə yerləri haqqında məlumat verməlidirlər.

Mənbə: TASS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31