“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Xustup dağının sofu ocaqlarının irfaniliyi (XXII məqalə)

                        Qismət Yunusoğlu,

                                      Bakı Dövlət Universitetinin müəllimi 

Sufiliyin və sofu ruhunun hakim kəsildiyi düşüncə və həyat tərzinin dini-irfani və elmi-nəzəri yozumunda Haqqın İnsan təcəllasında təzahürünə, İrfanın dünya qavramına  Giriş qapısı olmasına, Həyatın Haqq dünyasına uzanan yolun başlanğıc olmasına, Hökmün Qaranlıq dünyadan Nur selinə çevrilməsinə yönəliyinə... söykək olan sübutlara Müqəddəs Ruh daşıyıcılarının  həyatına rəğmən irfani möhürlər vurulmuşdur.

Məkan baxımından Bütöv Azərbaycanın cənubunda və şimalında, şərqində və qərbində Sufiliyin yayılması (X əsrdən etibarən) Haqqın Hökm etdiyi dini-irfani yola can fəda etməkdən, Haqqın hikmətinə bürünmüş sirli dünyanın məna çalarlarını mistik anlamda yozmaqdan, Haqq yolunu Həyat-Ömür yoluna çevirməkdən  ibarət olmuşdur. Sufilərin mürşidləri-müridləri-xəlfələri Sofular idi, dini-irfani həyatın təcəssümünü Ruhlarında yaşadanlar.

Sufiliyin anlamına uyğun gələn mistik yozumun (Haqq yolunun) özü də dini-irfani məna daşıyır. Ərəbcə "yun" kökündən yaranan bu söz tərəkəmə elatının müqəddəsliyinə bir ruh-əməl, inanc nişanəsidir. Ona görə də Türk-Müsəlman ocaqlarının adında da bu İlahi İslami dəyərlərə daha geniş yer ayrılmışdır.

Qərbi Azərbaycanın Mehri nahiyəsinin  "Xüstup dağı" orotoponiminin  dini-fəlsəfi yozumu bu baxımdan əhəmiyyətlidir. Mübarək dinimizdə və hökmlərin icrasında buyrulan təqva, zikrlə... yanaşı-xüşu (dini əmələ qəlb bağlılığı) da tələb edilir. Dini-irfani təməldən doğan  bu hökmü adında yaşadan Xüstup dağı cümlə-Zəngəzur mahalının "tərəkəmə elatının dinə uca, yüksək, davamlı bağlılığı" anlamındadır, toponim bu cür yozulur.

Təsadüfi deyil ki, bu dağın hövzəsinin qonşuluğunda Sofu ruhu ilə nəfəs alan Məhəmməd Nəcəf oğlu (1896-1983) Cibikli (əski adı Çinarlı idi, bu ad da müqəddəslik anlamındadır)  kəndində irfani-duyğusal ömür sürmüşdür.

Adı irfanlıqdan doğan Xüstup dağının Kəmərə yamacındakı Oğlanlıca müqəddəsliyi isə Haqq hökmünə itaətin sonsuz dərəcədə səbirli, sidq-ürəkli, qəlb bağlılığı ilə mərhəmliyinin zəruriliyinə bir İlahi-Mistik nişanədir.

Həmin yozumu söhbət edən Sofu Məhəmmədin dediyinə görə, tərəkəmə elatının Xüstup  dağında binə qurulan ocağında yanında körpəsi sacda çörək bişirən ana uşağın ağlamasına asi olur bərəkətin üstündə, onda elə anındaca daşa dönür- ana da, körpəsi də, sac-dördayaq, oxlov, ərsin, teşt.... hamısı, obada nə varsa, hətta alaçıqda olan yorğan-döşəkləri, yerə saldıqları palaz-sumaqları da...

Ətraf bütünlüklə səpələnmiş Daş heykəllərdir. İlahi hökmün və Haqqın fərz buyurduğu əməllərdən biri də bərəkət üstündə asiliyin, səbirsizliyin qəbul olunmazlığıdır ki, Sufiliyin təməl əməllərindən biridir-Şükranlıq, İlahi Qədərə qəlbən sevinmək, vəsvəsədən uzaq durmaq, şeytana qalib gəlmək.

Ona görə də Zəngəzur mahalının müqəddəs ziyarətgahı olan Oğlanlıca ibadətgahı həm də Sufiliyin kainata açılan uca qapısı timsalındadır, dini-irfani qəlblərə nur saçır, oraya can atanların sayı daha da çoxdur...

Dinsiz hay kilsəsinin hay kilsəsinin və ibtidai insan-hay sürüsünün Türk-Müsəlman əhalisinə qarşı qətliamlarının-soyqırımının 1905-1906-cı illər dönəmində Araz çayını keçərək Cənubi Azərbaycana sığınmaq üçün keçən yüzlərlə ailədən biri də Cibikli kəndindən (bu kənd əski çağlarda bir adı da Şehli adlanıb-"təbiətin, ruhun ilahi təmizliyə yuva quran oba" mənasına uyğun) Nəcəf kişi olub, Təbriz şəhərində Qaraçılar məhəlləsində məskunlaşıblar, həyat yoldaşı Qönçə, qızları Xədicə, Tövhə və oğlu Məhəmməd ilə.

Bu məhəllə ilə bağlı Sofu Məhəmmədin bir xatirəsi də olub:

-Qaraçı qızının ondan xoşu gəlib, amma o, imtina edib-yüz qapıda duz dadan, bir qapıda bənd almaz...

Yağı, mənfur, murdar, dinsiz düşmənin bu yerlərə təkrarən 1918-1920-ci illərdə də ləpiri düşəndən sonra qədim-qayım Türk-Müsəlman kəndlərinin bir çoxu, eləcə də Xüstup dağı hövzəsinin irfani ocaqları (Çullu, Almalıq, Ötgüz, Oxçu, Mərzə, Turqut, Əfsərli, Quşçulu...15-ə qədər) dağıdıldı,  müqəddəs qəbirlər yağmalandı, İlahi ruhları perik düşdü, dini ibadətlərinin (Cığalı piri)  məkanı yox oldu...

Belə bir ağır dövrdə yenə də inanclı qəlblər yolundan dönmədi, Haqqa sığındı, ümidini Ona bağladı və bu istəklə Məhəmməd ilk təhsilini də Təbriz şəhərində mədrəsə də aldı. 1918-ci ildə doğma ocağına qayıdan Nəcəf kişi dağın döşündə bağ saldı, halal ömrünü yaşadı. Sofu Məhəmməd həm də tərəkəmə həyatı sürüb, müqəddəs Qazangöl yaylaqları ("Yağlı dərə", "Sarı dərə", "Meydanlar", "Böyük çiçəkli", "Mədət yurdu"...) onun sufi-irfani dünyadərkinin və hökmünün məkanı olub.

Dini dünyagörüşünün mükəmməlliyi həm də Sofu Məhəmmədin sadəliyi və səmimiyyəti, halallığı ilə tamlanırdı. İrfani təlimlərini öyrətməkdən, dini dünyadərkinə bağlılığından usanmazdı, hay kilsəsi və sürüsü İslam mədəniyyətinin təbliğində ona maneçilik törətsələr də, o bu yoldan dönməyib (dini təlimlər keçib, onun şagirdi Qudrət Həsənxan oğlu Məmmədov (1944) hazırda dini fəaliyyətlə məşğuldur), mahalın din xadimləri (qonşu Qaraçimən kəndində Mir Eyyub ağa ilə, Qubadlı rayonu, Mirilər kəndində Mir Sədi ağa ilə, Zəngilan rayonu, Seyidlər kəndində Mir Saleh ağa ilə...) ilə sıx bağlılığı, itfani-ruh bağlılığı var idi.

Sofu Məhəmmədin yas mərasimində iştirak edən Mir Saleh ağa Sofu Məhəmmədlə olan irfani-mistik qəlb bağlılığının tarixindən danışarkən demişdir:

-Ailəmizə dəfələrlə  qismət olan Haqq payının ömrü tez qırılırdı, Hökm beləydı. Bir axşam yuxuda Əhdi-Cəddim tərəfindən mənə bələk verildi, əyan olundu ki, Allahın sənə veriləcək payını bu dəfə Məhəmmədin ocağına apar, ancaq ondan sonra uşaq salamat qalacaq (ancaq, hansı Məhəmməd deyilmədi), bununla yuxu bağlandı.

Vaxt-vədə gəldi, elə də etdim, dünyaya gələn körpə yenə də gecə-gündüz ağlayır, heç cür rahatlıq tapmırdı. Təsadüf nəticəsində tanış olduğumuz Sofu Məhəmmədin ocağına gətirdik, dua-səna etdi, bir neçə gün qonağı olduq. İndi həmin körpənin-Mir Yusifin 19 yaşı var (Mir Saleh ağa 1989-cu ildə Suraxanı rayonu, Hövsan qəbirstanlığında dəfn edilib).

Mir Saleh ağa bu xatırlama ilə irfani-mistik hökmün açımını belə izah etmişdir:

-Amma, Sofu Məhəmmədi tanımadığım üçün yerini bilmirdim, Məhəmməd adına çox üz tutdum, nəticəsi olmadı, Nişan verilən Məhəmmədi tapmırdıq ki, tapmırdıq, kor-peşman qalmışdıq, yol-axtarış yorğunu  olmuşduq, körpə isə ağlmaqdan usanmırdı...

Bu yerdə Sofu Məhəmmədin özünün Mir Saleh ağa ilə tanış olmasının tarixçəsini necə nəql etməsi də maraqlıdır:

-Qafan şəhərindən evə gedəcəkdim, kəndə işləyən avtobusla, gözləyirdim. Kənarda daş bəndin üstünə qoyulmuş bir körpə bərk ağalayır, yanındakı atacı-anası heç nə edə bilmirdi. Yaxınlaşdım, salam verdim və soruşdum ki, uşaq niyə ağlayır?

Nurani çöhrəli ata hirsləndi və cavab verdi ki, a kişi, sən Allah get işinlə məşğul ol.

Bu sözdən sonra geri qayıtmaq istəyəndə bir səs eşitdim, kəndimizin qadınlarından biri çağırdı:

-Ay Məhəmməd dayı, avtobus gedir, gəl.

Sözü eşidər-eşitməz  həmin kişi məndən soruşdu ki, kimsən?

Dedim ki, Cibikli kəndindən Sofu Məhəmməd.

Nurani kişi qayıtdı ki, səni acıladım, amma hal-qəziyə belədir, Məhəmmədi axtarıram, bu uşaq bütün günü ağlayır, mən də Zəngəzurda bütün Məhəmmədlərin yanına aparmışam uşağı, heç kimin yanında sakit olmur, indi də kor-peşman Qacaran şəhərinə gedirik (onlar orda yaşayırdı).

Sofu Məhəmməd elə daş-beton bəndin üstündəcə  körpənin bələyini açır, dua oxuyur, yenidən bələyir və verir anasına. Uşaq səsini elə oradaca kəsir, sakitləşir...

Sonralar bu tanışlıq ailəvi dostluğa, mənəvi-irfani bağlılığa çevrilmişdir.

Türk-Müsəlman kökənli Zəngəzur mahalında sakral mədəniyyətimizin abidələrini, ocaqlarını dağıdan, qarət edən hay kilsəsi-ibtidai insan hay sürüsü davamlı halda tanınmış din xadimlərinə, seyid ocaqlarına hücumlar etmiş, onlara qarşı böhtan atmaqdan çəkinməmişlər. Bu baxımdan Sofu Məhəmmədin də dini-irfani, sufi-ruhani həyatını zəhərləməyə cəhd göstərmişlər.

O, 1930-cu illərdə Qafan şəhərinin Milis şöbəsinə dini fəaliyyətinə görə çağırılır və soruşulur ki, Sovet hökuməti yaxşıdır, yoxsa çar hökuməti?

Haqq yoluna tapınan və İlahi hökmə baş əyən irfan-hikmət sahibi elə müdrikcəsinə cavab verib hiyləgər düşmənə başını uca tutmaqla:

-İndi bizim qarşımızda uca bir dağ var, Xüstup dağı. Hökumətlər o boyda dağdır, yan-yörəsi gül-çiçək, bağdır, içindən çıxan sərin bulaqdır. Kim o dağın havasını udur, suyunu içir, gülünü iyləyir, meyvəsini yeyir- o bilər. Mən Oxçuçayın lilindən içirəm, ona görə də deyə bilmərəm.

Oxşar olaylardan biri 1955-ci ildə Qafan nahiyə Məhkəməsində baş vermişdir. Yenə də dini fəaliyyətinin, İslami dünyagörüşünün təbliği qorxusu hay sürüsünü narahat edibmiş və bildiriblər ki, sənə deməyiblər İslam dinini yaymaq olmaz? İndi səni cərimə edəcəyik. Belə olan halda Sofu Məhəmməd üstündə gəzdirdiyi ilanları töküb masanın üstünə...

Düşmən hansı qorxuya, təşvişə düşüb, yəqin ki, təsəvvür olunandır. Və bir daha ona toxunulmamağa qərar verirlər.

1968-ci ildə qonşu evlərin birinə girən ilanı tutan Sofu Məhəmməd onun dişini çıxarır və aparıb buraxır 3-4 km aralıdakı "Almalıq meşəsi"nə. Bir neçə gündən sonra o ilan yenə də həmin evə girir, eyni vəziyyət bir neçə dəfə təkrar olur. Axırda ilan kişinin yuxusuna girirərək bildirir ki, məni o evdən uzaqlaşdırma, yoxsa sənə ziyan vuraram...Sufi-sofu mərasimlərinin ruhuna uyğun olaraq Sofu Məhəmməd bəzi tövsiyələrini də vermişdir:

-Qurani-Kərimi bağlı, örtülü saxlamaq olmaz, O vərəqlənməli, örtülməlidir;

-Qurani-Kərimi, surə və ayələri oxuyanda da, deyən də ərəbcə düzgün tələffüz, tərcüməsini də düzgün etmək lazımdır;

-Qurani-Kərimin qiyməti yoxdur, onu düzgün oxumadıqda günaha batmaq olar;

-meyidi saat birə kimi dəfn etmək vacibdir;

-kafirlərin, dinsizlərin yanında dini müdafiə etmək və qorumaq əsas vəzifədir, borcdur;

-uşaqları dini nəsihətlərlə tərbiyə edin;

Ona məxsus dini-irfani mənbələr, kitanlar, sənədlər... Zəngilan Cümə məscidinə təhvil verilmişdir, 1990-cı ildə, tək "Bəyaz" kitabı-"Quran" nüsxəsi qalıb (nəsihəti olub ki, bu kitabı körpə uşaqların yanında saxlayın, ruhu kamil olsun).

Sofu Məhəmməd Zəngilan rayonu, Quyudərə Xəştab kəndindən olan  Cəvahir Rzaqulu qızi (1912-1990) ilə ailə qurub, altı (Reyhan Əhmədova (1934-2015), Həqiqət Əhmədova (1936-2017), Münəvvər Əhmədova (1938-1989), Sənubər Əhmədova (1944-2018), Fatma Əhmədova (1949), Bəsti Əhmədova (1951) qızı və iki (Hümbət Əhmədov (1940-1998), Gülməmməd Əhmədov (1953) oğlu olub.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Qafan nahiyəsi, Cibikli kənd sakini Gülməmməd Məhəmməd oğlu Əhmədovun (1953) məlumatlarından istifadə edilib.)

Bir 1 nəfər şəkili ola bilər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31